Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Vətən Müharibəsi şəhidi Babayev İqbal Zəki oğlunun xatirəsi anılıb

10 sentyabr 2023 | 08:53

10.09.2023-cü ildə Xətai rayonunda Vətən Müharibəsi şəhidi Babayev İqbal Zəki oğlunun doğum günündə xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib.  Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları iştirak ediblər.

Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidimizin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına üzərinə tər güllər düzülüb.

Çıxışlarda qeyd olunub ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. 

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!

Keçidlər