Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Vətən Müharibəsi şəhidi Babayev İqbal Zəki oğlunun xatirəsi anılıb.

28 oktyabr 2023 | 12:04

Xətai rayonunda 28 oktyabr 2023-cü ildə Vətən Müharibəsi şəhidi Babayev İqbal Zəki oğlunun xatirəsi anılıb. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, Xətai rayon Hərbi Xidmətə Çağırış və Səfərbərlik üzrə Dövlət İdarəsinin rəisi polkovnik Anar Ağabəyov, şəhidin döyüş yoldaşları və ailə üzvləri  iştirak ediblər. 

Anar Məmmədov çıxışında şəhidin qəhrəmanlığından söhbət açıb, ölkəmizdə aparılan siyasətin şəhidlərimizə, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirilib.

Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər