Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Vətən müharibəsi şəhidi Əsgərov Rüfət Mürvət oğlunun adını daşıyan küçənin açılışı olub

04 dekabr 2023 | 16:52

Xətai rayonunda Vətən müharibəsi şəhidi Əsgərov Rüfət Mürvət oğlunun adını daşıyan küçənin açılışı olub. Küçənin açılış mərasimində Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, H.Əliyev adına Hərbi İnstitun və YAP Xətai rayon Təşkilatının nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ataları və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə şəhidin xatirə lövhəsinin qarşısında anım tədbiri keçiriblər. Tədbirdə Hərbi Oekestrin ifasında Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları şəhid haqqında xatirələrini bölüşüb, onun qəhrəmanlığından söz açıblar.  Daha sonra şəhidin adı yazılan lövhə adını daşıdığı küçəyə vurulub.

Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. 

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!

Keçidlər