Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Vətən müharibəsi şəhidi İsmayılov Orxan Zöhrab oğlunun adını daşıyan küçənin açılışı olub

15 dekabr 2023 | 14:01

15.12.2023-cü il tarixində Xətai rayonunda Vətən müharibəsi şəhidi İsmayılov Orxan Zöhrab oğlunun adını daşıyan küçənin açılışı olub. Küçənin açılış mərasimində Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Milli Məclisin deputatı Nigar Arpadarai, şəhidin ailə üzvləri, 59 saylı tam orta məktəbin şagirdləri və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

İlk öncə şəhidin xatirə lövhəsi ziyarət olunub, abidənin önünə tər güllər düzülüb, şəhidin xatirəsinə ehtiramla yad edilib. 

Tədbir iştirakçıları şəhid haqqında xatirələrini bölüşüb, onun qəhrəmanlığından söz açıb, məktəblilər vətənpərvərlik haqqında şerlər söyləyiblər. Daha sonra şəhidin adı yazılan lövhə adını daşıdığı küçəyə vurulub.

Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. 

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!

Keçidlər