Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Vətən müharibəsi şəhidi Kazımov Kamran Qurbanəli oğlunun adını daşıyan küçənin açılışı olub. 

19 may 2025 | 16:48

Xətai rayonunda Vətən müharibəsi şəhidi Kazımov Kamran Qurbanəli oğlunun adını daşıyan küçənin açılışı olub. 

Açılış mərasimində iştirak edən Xətai rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov şəhidlərimizin qəhrəmanlıqlarından danışıb, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi, həmrəyliyi, torpaq, Vətən sevgisi sayəsində 30 illik işğala son qoyulduğunu bildirib. 

Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. 

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!

Keçidlər