Xətai rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Rəcəb Xalid oğlunun adını daşıyan küçənin açılışı olub
Xətai rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Rəcəb Xalid oğlunun adını daşıyan küçənin açılışı olub. Küçənin açılış mərasimində Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidimiz Məmmədov Rəcəb Xalid oğlu 22 iyul 1995 - ci ildə Ucar rayonunda anadan olmuşdur. 2014-cü ildə hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq cəbhəyə döyüş bölgəsinə getmişdir. Füzuli istiqamətində gedən gərgin döyüşlərdə bir neçə erməni canlı qüvvəsini məhv edib. 06.10.2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhidlik zirvəsinə ucalib. Rəcəb Məmmədov ölümündən sonra "Vətən uğrunda" ,"Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!