Xətai rayonunda Vətən müharibəsi şəhidi Musayev Sədi Süleyman oğlunun adını daşıyan küçənin açılışı olub.
Xətai rayonunda Vətən müharibəsi şəhidi Musayev Sədi Süleyman oğlunun adını daşıyan küçənin açılışı olub.
Küçənin açılış mərasimində Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri iştirak ediblər.
Vətən Müharibəsi şəhidi Musayev Sədi Süleyman oğlu 1978-ci il aprelin 1-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 1985-1993-cü illərdə Qıvraq qəsəbəsində S. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1996-2000-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sədi Musayev sentyabrın 28-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub.
Sədi Musayev ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni ,"Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə"medalları ilə təltif edilib. Ailəli idi. 2 övladı yadigar qaldı. Şəhidimiz II Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!