Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Vətən müharibəsi şəhidi Pənahov Əkbər Bəylər oğlunun adını daşıyan küçənin açılışı olub

27 dekabr 2023 | 16:21

27.12.2023-cü il tarixində Xətai rayonunda Vətən müharibəsi şəhidi Pənahov Əkbər Bəylər oğlunun adını daşıyan küçənin açılışı olub. Küçənin açılış mərasimində Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi xalqımız tərəfindən hörmətlə anılır. Ailə üzvləri və yaxınları şəhidin qəhrəmanlığından söhbət açıblar. Daha sonra şəhidin adı yazılan lövhə adını daşıdığı küçəyə vurulub. 

Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. 

Keçidlər