Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Vətən müharibəsi şəhidi Umudlu Elmir Pərviz oğlunun adını daşıyan küçənin açılışı olub

27 oktyabr 2023 | 14:16

Xətai rayonunda Vətən müharibəsi şəhidi Umudlu Elmir Pərviz oğlunun adını daşıyan küçənin açılışı olub. Küçənin açılış mərasimində Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, 59 saylı tam orta məktəbin şagirdləri, şəhid ataları, şəhidin ailə üzvləri iştirak ediblər.Tədbir iştirakçıları daha sonra şəhidin xatirə lövhəsini ziyarət ediblər.

Şəhidimiz Umudlu Elmir Pərviz oğlu 25 mart 2001-ci ildə anadan olub. 2018-ci ildə orta məktəbi bitirən Elmir, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Texniki Kollecinin "Nəqliyyat daşımalarının təşkili" fakültəsinə daxil olub. 25 aprel 2019-cu il tarixdə çağırışla təhsilini yarımçıq qoyub hərbi xidmətə yola düşüb. Bakının N saylı hərbi hissəsində Həmlə taborunda xidmət etməyə başlamışdır. Xidmətini bitirməyə 4 gün qalmış ll Qarabağ müharibəsi başlayıb. O da digər əsgərlər kimi müharibəyə yollanaraq bir çox rayonların alınmasında iştirak edib. 28 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən şiddətli döyüşlər zamanı şəhidlik zivəsinə ucalıb.
Şəhidimiz ata-baba yurdu olan Şəki rayonunun Zunud kəndində  dəfn olunub.

Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. 

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!

Keçidlər