Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda VI “Azərbaycanım” Respublika  Uşaq Rəsm Festivalı  keçirildi

27 may 2023 | 17:53

 Mayın 27-də Xətai Rayon İcra Hakimiyyətinin qarşısında “Heydər Əliyev İli” çərçivəsində  uşaq, yeniyetmə və gənclərin  yaradıcılığını  stimullaşdırmsq və bədii zövqünü inkişaf etdirilməsinə dəstək məqsədilə  VI “Azərbaycanım” Respublika  Uşaq Rəsm Festivalı  keçirildi.

Festivalda çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev müasir müstəqil Azərbaycan dövlətinin  qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs etdi. Bildirdi ki,  Ümummilli Liderin çoxşaxəli fəaliyyəti  dövlətə və xalqa xidmət nümunəsidir. Müstəqil Azərbaycana hansı sahədən baxsaq dahi şəxsiyyətin  xidmətlərinin uğurlu nəticələrini görürük. Ümummilli Liderin faliyyətində gənclərə, uşaqlara diqqət və qayğı xüsusi yer tutmuşdur.  Uşaqlara qayğı  Ümummilli Liderin “Uşaqlar bizim gələcəyimizdir”  tezisində özünün aydın ifadəsini tapır. “Heydər Əliyev İli” çərçivəsində uşaqlar, gənclər arasında bu səpgili tədbirlərin keçirilməsi onların dahi şəxiyyət  Heydər Əliyev haqqında düşüncələrinin formalaşmasında əhəmiyyətli rol oynayır. Hər kəs Azərbaycanın bugünkü  uğurları üçün Ümummilli Liderə borclu olduğumuzu bilməli, Onun ideyalarının təbliğində fəal iştirak etməlidirlər.

 Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışında qeyd etdi ki, müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən günlərlə, aylarla danışmaq olar. Onun fəaliyyətinin hər bir sahəsi tədqiqat mövzusudur. Ümummilli Lider hər zaman, uşaqları, gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək onların Vətənə layiq övlad kimi yetişmələrini qarşıya mühüm vəzifə kimi qoyurdu. Hər kəs Vətəni sevməyi Ümummilli Liderdən öyrəndi. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların həyat amalına çevrildi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin  rəhbərliyi ilə ən yüksək zirvələri fəth edir. Tarixi Zəfərimiz Azərbaycanın  çoxəsrlik tarixinin ən şanlı səhifəsidir. Bu Qələbə bir daha xalqımızın yenilməzliyinin, məğrurluğunun,  tarixinə sahib çıxmasının  təsdiqi oldu. "Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər Ümummilli Liderin  çoxşaxəli fəaliyyətinin hər bir istiqamətinə daha dərindən nəzər salmağa geniş imkanlar yaradır. Heydər Əliyev yolu daim Azərbaycana uğurlar qazandıracaq. 

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif  Abbasov bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasətində çoxistiqamətlilik xüsusi yer tutub. Əsas prioritetlərin düzgün müəyyənləşdirilməsi Azərbaycanın bugünkü uğurlarının əsasıdır. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, neft strategiyası düzgün formalaşmasa, dövlətin güclü gələcəyi mümkün deyil. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayırıq.

Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Xalq rəsamı Ağəli İbrahimov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov çıxışlarında bildiriblər  ki, Ulu Öndər bütün həyatını döğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir. Bu səbəbdəndir ki, Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq mümkün deyil.  Bu bir həqiqətdir ki, biz Heydər Əliyev haqqında danışarkən Azərbaycandan, Azərbaycan barədə danışanda Heydər Əliyevin fəaliyyətindən söhbət açmış oluruq.

Sərgilənən əsərlərin arasından seçilmiş hər yaş kateqoriyasından 10 uşaq olmaqla, ümumilikdə 30 uşaq  VI “Azərbaycanım Respublika Uşaq Rəsm Festivalı” dəvət olunmuşdur.

Xatırladaq ki, müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və ya yaradıcılıq müəssəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc 3000-dən çox əsər göndərilmiş, sərgilənmək üçün 800-dən bir qədər çox əsər seçilmişdir. Seçilən əsərlər növbəli olaraq Xətai Sənət Mərkəzinin sərgi zalında sərgilənmişdir.

Keçidlər