Xətai rayonunda Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
Xətai rayonunda Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Rayon İcra Hakimiyyətinin nümayəndələri tədbirlərdə iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Onların məqsədi Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin xocalılar qəhrəmanlıq göstərib, erməni-sovet hərbi birləşmələrinə qarşı igidliklə vuruşub, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazıblar.Yalnız ümummilli lider Heydər Əliyevin sayəsində Xocalı faciəsi əsl siyasi-hüquqi qiymətini alıb. Soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülüb. Prezident İlham Əliyev bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna işlər görüb. “Xocalıya ədalət!” şüarı ilə haqq səsimizi dünyaya çatdırmaq istiqamətində xüsusi tapşırıqlar icra edilib.Vətən müharibəsində qazanılan Qələbə və Böyük Zəfər onu deməyə əsas verir ki, xocalıların və bütün şəhidlərin qanı yerdə qalmadı, onların qisası alındı və demək olar ki, artıq Qarabağa dönüş başlanılıb.