Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda xüsusi əhali qruplarının sağlam qidalanması ilə bağlı maarifləndirmə tədbiri keçirilib

18 noyabr 2025 | 17:16

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 4 saylı Qadın məsləhətxanasında uşaqlar, hamilə qadınlar və digər həssas əhali qruplarının sağlam qidalanmasının təmin edilməsinə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Günay Quluzadə, 4 saylı Qadın məsləhətxanasının baş həkimi Gülnarə Amanova və sakinlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Pənah İmanov bildirib ki, maarifləndirmə işi Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci bəndinin icrası çərçivəsində həyata keçirilir. Qeyd olunub ki, xüsusi həssas əhali qruplarının sağlam qidalanmasının təşviqi məqsədilə rayonda ardıcıl tədbirlər görülüb.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Günay Quluzadə çıxışında əhali arasında aparılan maarifləndirmə və təbliğat-təşviqat işlərindən danışıb. O, tədbir iştirakçılarına konservləşdirilmiş qidalar, qida məhsullarının etiketlərində əks olunmalı məlumatlar, etiket simvollarının izahı, bakteriya mənşəli qida zəhərlənmələri və onların qarşısının alınması ilə bağlı tövsiyələr verildiyini vurğulayıb. Tədbir çərçivəsində iştirakçılara məlumatlandırıcı çap materialları da təqdim olunub.

Çıxışlarda uşaqlara erkən yaşlardan sağlam qidalanma vərdişlərinin aşılanmasının önəmi qeyd edilib. Bildirilib ki, düzgün qidalanma uşaqların sağlam inkişafı, zehni fəaliyyəti və təhsil uğurlarında mühüm rol oynayır.

Maarifləndirmə tədbirinin əsas məqsədlərindən biri də Xətai rayonunda qida təhlükəsizliyi sahəsində ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaşların bu prosesdə fəal iştirakının təmin edilməsi olub.

Keçidlər