Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Yağışı sevməyən uşaq” tamaşası nümayiş olunub

03 sentyabr 2025 | 22:19

03 sentyabr 2025-ci il tarixində Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı  Zirə qəsəbə Mədəniyyət Mərkəzinin hazırladığı “Yağışı sevməyən uşaq” adlı teatr tamaşası nümayiş olunub.

Uşaqlar üçün nəzərdə tutulmuş bu səhnə əsərində təbiətə sevgi, səbr və dostluq kimi mühüm mövzular əyləncəli və düşündürücü formada təqdim olunub. Tamaşa uşaqlara həm maraqlı anlar yaşadıb, həm də onlara ətraf mühitə qarşı daha həssas münasibət göstərməyin vacibliyini aşılayıb.

Tədbirin sonunda tamaşaçılar, xüsusilə də azyaşlı izləyicilər yaradıcı heyəti alqışlarla qarşılayıb. Belə mədəni təşəbbüslərin uşaqların estetik tərbiyəsində və asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynadığı bir daha öz təsdiqini tapıb.

Keçidlər