Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda yaşıllaşdırma tədbirləri davam etdirilir

02 mart 2023 | 11:45

 Ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması, rayonun simasının gözəlləşdirilməsi,  insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək məqsədilə Xətai rayonunda ardıcıl tədbirlər həyata keçirilir.

01.03.2023-cü il tarixdə Xətai rayonunda Ceyhun Həsənov, X.Məmmədov, Ç.Kərimov küçələrində, Gəncə prospektində,  H.Əliyev və Gənclik parklarında  1000 ədəd ağac əkilib. Həmçinin, Gənclik parkında mütəxəssislər tərəfindən xəstəlik səbəbindən qurumuş 11 ədəd kəsilmiş  ağacın əvəzinə 350 ədəd eldar şamı əkilmişdir.

Həmçinin, rayon sakinlərinin ən çox üz tutduğu və  istirahət üçün ən sevimli məkanına çevrilmiş Heydər Əliyev parkında da yeni ağaclar və  rəngarəng gül-çiçəklər əkilmişdir.

Keçidlər