Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda yeni salınan park sakinlərin istifadəsinə verildi

13 sentyabr 2022 | 10:41

13 Sentyabr 2022-ci ildə  Zığ qəsəbəsində "Grand Agro MMC" tərəfindən yeni təmir olunmuş  park istifadəyə verilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, "Grand Agro MMC" -in məsul şəxsləri və  ərazidə yaşayan sakinlər iştirak ediblər.

Rayonun "Zeytun bağları" adlanan ərazisində salınan parkda qurumuş ağaclar, kol-kos və qamışlıqlar ləğv olunub,  uşaqlar və yaşlı sakinlərin istirahəti üçün skamyalar qoyulub, futbol meydançası yaradılıb və yaşıllıqlar salınıb. 

Parkın istifadəyə verilməsi ərazidə yaşayan sakinlər tərəfindən razılıqla qarşılanıb.

Keçidlər