Xətai rayonunda yeni yaşıllıq zolaqları salınmışdır
Xətai rayonunda yaşıllıqların qorunması və bərpası istiqamətində görülən işlər çərçivəsində M.Hadi küçəsində ümumilikdə 1000 kvadrat metr ərazidə yaşıllıq zolağı salınmış, mövcud yaşıllıqlara aqrotexniki qaydalara uyğun qulluq göstərilmişdir.
Ərazidə torpaq şumlanaraq qazon vurulması işləri həyata keçirilmiş, ağacların sağlam inkişafı üçün budama və formaya salınma işləri aparılmışdır. Həmçinin yaşıllıq sahələrinin qorunması və davamlı inkişafı məqsədilə suvarma işləri də yerinə yetirilmişdir.
Görülən işlər ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və rayon sakinləri üçün daha sağlam yaşayış mühitinin təmin edilməsi məqsədini daşıyır.
Xətai rayon İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.






