Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilib

28 oktyabr 2023 | 10:17

28.10.2023-cü il tarixdə Xətai rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilib. Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhid ataları, qazilər, rayon idarə-müəssisə kollektivləri və sakinlər iştirak ediblər.

Ağacəkmə aksiyası çərçivəsində "Gənclik" parkında Gəncə prospekti 63, 65, 67  ünvanlarında 1500-dən çox  ağac əkilib.

Aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizə qələbə sevinci yaşadan şəhidlərimizin xatirəsini bir daha yad etmək, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi, ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaqdır. 

 

Keçidlər