Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda“Uşaq hüquqları aylığı” ilə bağlı tədbirlər davam etdirilir

02 noyabr 2023 | 18:14

02.11.2023-cü ildə Xətai rayon İcra Hakimiyyəti və  Xətai rayon Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə 3 saylı Uşaq Evində keçirilən tədbirdə Xətai  rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, Xətai Rayon Qeydiyyat Şöbəsinin müdiri Leyla  Süleymanova, Xətai rayon Bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva iştirak ediblər.

Tədbirdə çıxış edən Xətai  rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova ölkəmizdə uşaq problemlərinə hər zaman diqqət və həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uşaq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə uşaqların sağlam həyat tərzi və hərtərəfli inkişafı istiqamətində uğurlu addımlar atılıb, bu sahəyə diqqət və qayğı artırılıb. Bu siyasətin uğurla reallaşdırılmasına Birinci vitse-prezident Mehriban xanım Əliyeva hərtərəfli dəstək verir.

Xətai Rayon Qeydiyyat Şöbəsinin müdiri Leyla  Süleymanova ölkə başçısı Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların uğurla həyata keçirildiyini şagirdlərin diqqətinə çatdırıb.  Qeyd olunub ki, 2023-cü ildə də ölkəmizin qoşulduğu BMT-in "Uşaq Hüquqları Haqqında Konvensiyası"-nın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" elan edilib. Aylığın keçirilməsində məqsəd Konvensiyanın prinsiplərinə uyğun olaraq, uşaqlara diqqətin daha da artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqi, həmçinin, bu sahədə məlumatlılığın artırılması, uşaqların öz hüquqlarını öyrənməsinə nail olmaqdır. 

Daha sonra təşkilatçılar tərəfindən uşaq evinin sakinlərinə şirniyyat və hədiyyələr paylanıldı və maraqlı şou proqram təqdim olundu. 

Təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.  

Keçidlər