Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda“Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir

27 oktyabr 2023 | 07:52

26.10.2023-cü ildə Xətai rayon İcra Hakimiyyəti və  Xətai rayon Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə 194 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Xətai  rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, Xətai Rayon Qeydiyyat Şöbəsinin müdiri Leyla  Süleymanova, Xətai rayon Bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva, məktəbin şagird və müəllim kollektivi iştirak edib.

Çıxış edənlər ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların uğurla həyata keçirildiyini şagirdlərin diqqətinə çatdırıblar.  Bildirilib ki, 2023-cü ildə də ölkəmizin qoşulduğu BMT-in "Uşaq Hüquqları Haqqında Konvensiyası"-nın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" elan edilib. Aylığın keçirilməsində məqsəd Konvensiyanın prinsiplərinə uyğun olaraq, uşaqlara diqqətin daha da artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqi, həmçinin, bu sahədə məlumatlılığın artırılması, eyni zamanda da uşaqların öz hüquqlarını öyrənməsinə nail olmaqdır. Həmçinin qeyd olunub ki, “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.

Təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.  

Keçidlər