Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rəsm sərgisi keçirilib

25 sentyabr 2024 | 17:38

Xətai Sənət Mərkəzində rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman idarəsi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətin sədası” adlı rəsm sərgisi keçirilib.

Sərgidə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Cəfərova, Bakı Şəhər Gənclər və İdman idarəsinin Xətai rayon sektorunun müdiri Tural Əhmədli, Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov və gənc rəssamlar iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. “Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Ümumilikdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycanın ən müxtəlif sahələrinin daha da inkişaf etməsinə, müasirləşməsinə səbəb olacaq, eyni zamanda ölkəmizdə dünyanın qlobal çağırışları ilə səsləşən proseslərin sürətlənməsi üçün yeni perspektivlər açacaq. Azərbaycanın dünya üzrə ən böyük və mötəbər dövlətlərarası tədbirlərdən biri olan COP29-a ev sahibliyi etməsi isə ölkəmizin “yaşıl” texnologiyalar ölkəsinə çevrilməsi istiqamətində, cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrasında əhəmiyyətli rola malikdir. “Yaşıl dünya naminə həmrəylik ili”  çərçivəsində keçirilən bu turnir  uşaq, yeniyetmə və  gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin bədii zövgün inkişafına şərait yaratmaq məqsədi ilə təşkil olunub. Mövzusu  "İqlim dəyişikliyi zamanı təbiət" olan sərgiyə 100 nəfərdən çox  iştirakçı qatılıb. Onların arasından ən yaxşıları sərgilənmək üçün seçilib. Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatla təltif olunub və onlara hədiyyələr təqdim edilib.

Keçidlər