Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunun ümumtəhsil məktəblərində 9- Noyabr - Bayraq Gününə həsr olunmuş tədbirlər davam edir.

10 noyabr 2022 | 16:06

Xətai rayonunun ümumtəhsil məktəblərində 9- Noyabr - Bayraq Gününə həsr olunmuş silsilə tədbirlərin keçirilir. 10.11.2022-ci ildə 59 saylı tam orta məktəbdə keçirilən “Bayrağımız-birliyimizdir” adlı tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova,  YAP Xətai rayon Təşkilatının nümayəsi Ülvi Abbasov, məktəbin müəllim və şagirdləri, valideynlər, şəhid ailələri, Vətən müharibəsi qaziləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbirdə iştirak edən qonaqlar  çıxışlarında dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın  Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının, milli suverenliyimizin simvolu kimi qəbul olunduğunu vurğulayıblar.

Həmçinin qeyd olunub ki, dövlət başçısının sərəncamına uyğun olaraq hər il Respublikamızın hər yerində və  ölkə hüdudlarından kənarda həmyerlilərimiz tərəfindən “Dövlət Bayrağı günü” qeyd edilir.

Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir.
 

Tədbirdə məktəblilərin ifasında  günün mahiyyətini özündə əks etdirən səhnəciklər, şeirlər, musiqilər səsləndirilib.

 

Keçidlər