Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunun ümumtəhsil məktəblərində Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə  silsilə tədbirlər keçirilib

25 fevral 2023 | 09:18

Xətai rayonunun ümumtəhsil məktəblərində Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə  silsilə tədbirlər keçirilib. Rayon İcra Hakimiyyətinin nümayəndələri tədbirlərdə iştirak ediblər.

Tədbirlərdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş insanların xatirəsini 1 dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər faciə barədə məktəblilərə geniş məlumat veriblər.  Qeyd olunub ki, 1992-ci il fevralında erməni təcavüzkarları Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrdən biri olan soyqırımı hadisəsini törətdilər. Həmin kütləvi qırğın nəticəsində qadınlar, qocalar, uşaqlar amansızlıqla qətlə yetirilmiş, yüzlərlə dinc sakin şikəst edilmiş, 1275 dinc sakin girov götürülmüş, 155 nəfərin taleyi isə hələ də məlum deyildir. Qeyd olunub ki, yalnız ümummilli lider Heydər Əliyevin sayəsində Xocalı faciəsi əsl siyasi-hüquqi qiymətini alıb.Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur. Hələ Prezident səlahiyyətlərini  həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir.1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı «Xocalı soyqırımı günü» kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 

Məktəblilər faciəni əks etdirən səhnəciklər nümayiş etdiriblər. 

Tədbirlərdə qeyd olunub ki, bu gün biz artıq qalib ölkəyik, 44 günlük Vətən müharibəsi bir daha xalqımızın bu faciələri unutmadığını və bu torpaqlar uğrunda canını fəda etmiş şəhidlərimizin qanının yerdə qalmadığını göstərdi.

Tədbirlər çərçivəsində Xətai rayonu ərazisində yerləşən Xocalı qurbanlarının xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsi ziyarət olunub.

Keçidlər