Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunun ümumtəhsil müəssisələrində Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbirlərikeçirilib

04 aprel 2024 | 17:08

Xətai rayonunun ümumtəhsil müəssisələrində Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərdə qeyd olunub ki, Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Aprel döyüşləri nəticəsində  Azərbaycan Silahlı Qüvvələri 2000 hektarlıq ərazini azad etdi.

Döyüşlər zamanı Xətai rayonu 4 şəhid verib. Şəhidlərimiz Musazadə Təbriz Tariyel oğlu,  Əzizzadə Xaliq Həsən oğlu, Niftalılı Rəşad Şakir oğlu, Orucov Müşfiq Arif oğlunun əziz xatirəsi hər zaman hörmətlə anırıq!

       .

Keçidlər