Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı təsviri sənət sərgisi açılıb

09 mart 2023 | 13:08

9 mart 2023-cü il tarixdə Xətai Sənət Mərkəzində həvəskar rəssamlar və rəssamlığı ikinci peşə sayanların yaradıcılıqlarını stimullaşdırmaq məqsədilə “Hisslər və Rəsmlər...” adlı təsviri sənət sərgisi açılıb.

Tədbirdə  Xətai rayon İcra Hakimiyyətinin İctimai siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov iştirak edib.

Tədbirdə qeyd olunub ki, Ulu Öndərin sayəsində mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. İncəsənətin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin diqqət və qayğısını hiss etməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz bugünkü inkişafında onun dəyərli ideyalarından bəhrələnib. Ulu öndər çıxışları zamanı söyləyirdi: “Milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır”.

Sərgidə ölkəmizin müxtəlif guşələrindən həvəskar rəssam və rəssamlığı ikinci peşə sayan müxtəlif peşə sahibləri asudə vaxtlarında ərsəyə gətirdikləri 150-dən çox müxtəlif təsviri sənət nümunələri sərgilənib.

Fərqlənən iştirakçılar diplomla mükafatlandırılmışlar.

 

Keçidlər