Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai Sənət Mərkəzində '' Kəlağayı yaşıl dünyaya töhfədir'' adlı kəlağayı günləri keçirilir

19 oktyabr 2024 | 17:15

19.10.2024-cü il tarixində Xətai Sənət Mərkəzində '' Kəlağayı yaşıl dünyaya töhfədir'' adlı kəlağayı günlərinə start verilib.

Xətai Rayon İcra Hakimiyyəti, Xətai Sənət Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılıgı ilə ''Sazlı, sözlu kəlagayı günləri'' layihəsi çərçivəsində keçirilən sərgidə rəssam Gülnarə Məmmədovanın kəlağayıdan bəhs edən rəsm əsərləri, Güllü Eldar Tomarlının yaşıl dünyanı özundə əks etdirən əl işləri, yaşı əsrlərə söykənən qədimi kəlağayıları, həmçinin, müasir Basqal kəlağayıları nümayiş olunur.

Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon Ağsaqqallar Şurasının sədri şəhid atası Mürvət Əsgərov və digər şıxış edənlər qeyd ediblər ki, 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu əməkdaşlığın və Azərbaycanın birinci xanımının qayğısının nəticəsi olaraq UNESCO-nun müvafiq siyahılarında yer alan mədəni irs nümunələrinin qorunması və inkişafı üçün ölkəmizdə əhəmiyyətli tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş oldu. Azərbaycanın mədəniyyət həyatında baş verən bu tarixi hadisə Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.

Tədbirin keçirilməsində məqsəd tarixi yüzilliklərə dayanan, Azərbaycan kəlağayısının əvvəlki şan-şöhrətini özünə qaytarmaq və onu təbliğ etməkdir.

Tədbir 23 oktyabr 2024-cü ilə qədər davam edəcək.

Keçidlər