Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda hazırlıq işləri aparılır

21 fevral 2023 | 14:39

Xocalı faciəsinin 31-ci  ildönümü ilə əlaqədar Xətai rayonunda yerləşən "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda abadlıq işləri aparılır.

Azərbaycan xalıqının qan yaddaşı olan Xocalı soyqırımınına həsr olunan  “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.

Bu il də Xətai rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Parkın ərazisinin yaşıl örtüyü yenilənir, parkda abadlıq, təmizlik işləri görülür, yeni güllər əkilir. Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə, skamyaların rənglənməsi, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılır. Xocalı prospekti boyu yerləşən binaların fasadları təmizlənir, səkilər  yuyulur. Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrində  gül və dekorativ gül kollarının əkilməsi həyata keçirilir. Hər il olduğu kimi yolboyu divarlara və binaların fasadlarına qanlı faciəni əks etdirən bannerlər vurulacaq. 

Keçidlər