Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində 8 Noyabr prospektində daha bir ağacəkmə aksiyası keçirilib

30 mart 2024 | 11:32

30.03.2024 -cü il tarixdə Xətai rayonunda “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində 8 Noyabr prospektində növbəti ağacəkmə aksiyası keçirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi nəzərdə tutulur. Qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək məqsədilə ənənəvi olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilər, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kollar əkilir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə,  rayon bələdiyyələri və  MKTB-nin kollektivləri iştirak ediblər. Aksiyada ümumilikdə 2000 ağac əkilib.

Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər