“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar bu il ölkəmizin bütün bölgələrində mütəmadi olaraq kütləvi ağacəkmə aksiyaları təşkil edilib və bu zaman yüz minlərlə yeni ağac və kollar əkilib.
Rayonun simasının daha da gözəlləşməsinə, ekoloji mühitin yaxşılaşmasına səbəb olan bu aksiyalar çərçivəsində Xətai rayonunun müxtəlif yerlərində- park və istirahət bağlarında, prospekt və küçələrin kənarında yerli iqlimə uyğun ağaclar, kollar və güllər əkilib və bu işlər davam etdirilir. Aksiyada rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
İqlim şəraitinə uyğun olaraq seçilmiş yeni əkilən ağac və kollara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülür.