Yeni dərs ilinin başlanması ilə əlaqədar şəhid övladları ilə görüş təşkil olunub.
Yeni dərs ilinin başlanması ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “McDonald’s” restoranında şəhid övladları ilə görüş təşkil olunub.
Görüşdə qeyd olunub ki, Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir. Rayon İcra Hakimiyyətinin nümayəndələri qarşıdan gələn Bilik günü münasibətilə məktəbliləri təbrik edib, ölkəmizdə dövlət rəhbərliyi tərəfindən təhsilə göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulayıblar.
Tədbirdə şən klounlar, nağıl qəhrəmanları məzəli oyunları ilə uşaqları əyləndiriblər. Bir-birinin ardınca şən əhval ruhiyyəli musiqi və rəqslər şənlik iştirakçılarının könlünü oxşayıb, xoş əhval-ruhiyyə yaradıb.
Sonda məktəblilərə dərs ləvazimatları almaq üçün maddi dəstək göstərilib.
Şəhid ailələri göstərilən diqqətə görə dövlət başçısına təşəkkürlərini bildiriblər.