Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Mənzil Kommunal Təsərrüfatı Birliyində müşavirə keçirilib

26 may 2017 | 11:00

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa tapşırıq və göstərişlərinə əsasən, ölkənin bütün şəhər və rayonlarında olduğu kimi  Xətai rayonunda da  abadlıq, yenidənqurma,  yeni-yeni parkların, abad həyətlərin salınması, yaşayış binalarının dam örtüklərində, girişlərində, zirzəmilərində əsaslı təmir və  təmizlik  işlərinin aparılması  daha sistemli, planlı və kompleks şəkildə, dövrün tələblərinə uyğun olaraq həyata keçirilir.

26.05.2017-ci il tarixində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin inzibati binasında keçirilən tədbirdə Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Əvəz İsmayılov, İcra Hakimiyyəti başçısının müavini Teymur Əzizov, Aparatın şöbə müdirləri, İcra Hakimiyyəti Yanında Layihə Smeta Bürosunun rəisi Çingiz Hacıyev, rayonun memarı Vadim Surxayev, Başçının Sahə İnzibati Ərazi Dairələri  üzrə nümayəndələri, Xətai və Əhmədli Bələdiyyələrinin sədrləri, Mənzil Kommunal İstismar Sahələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədovun tapşırığı ilə keçirilən müşavirədə rayon ərazisində mərkəzi və məhəllədaxili yolların yenidən qurulması, park–xiyaban, abad həyətlərin inşası, çəmənlik salınması, dənizkənarı ərazilərə nəzarət və qanunsuz tikililərə qarşı mübarizənin gücləndirilməsi, yaşayış binaların əsaslı təmir işləri ilə bağlı genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri barədə geniş təhlillər aparılıb.

Həmçinin, ekoloji vəziyyətin sağlamlaşdırılması ilə bağlı kompleks tədbirlər çərçivəsində dövlət əhəmiyyətli Nobel prospekti-Zığ yolu istiqamətində mərkəzi yolun genişləndirilməsində, Bakı şəhərinin Baş planı əsasında Bakı-Ağ Şəhər layihəsi çərçivəsində inşaat işləri ilə əlaqədar 2013-cü ildən başlayaraq sakinlərin köçürülməsi, söküntü işlərində,  müvafiq  qaydada kompensasiyaların ödənişi və s. problemlərlə əlaqədar qarşıya  qoyulan tapşırıqlara vaxtında əməl olunması, Naximov yaşayış sahəsində fərdi evlərin sənədləşməsi tam başa çatmamış fərdi evlərin və  özbaşına tikililərin qeydiyyatının aparılması, bununla əlaqədar bütün imkanların səfərbər olunması və qısa müddətdə həyata keçirilməsinin vacibliyi xüsusi diqqətə çatdırılmışdır.

 

Keçidlər