Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda uşaq bağçalarında da 28 may- Respublika gününə həsr olunmuş tədbirlər keçirilir

26 may 2017 | 11:00

Xətai rayonunda “28 May-Respublika Günü”nə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.  Rayonun 222, 240, 249, 205, 228, 88, 242, 208, 181, 251, 257 saylı və Elman Məmmədov adına körpələr evi-uşaq bağçalarında da tədbirlər keçirilib.

Rayonun 316 saylı körpələr evi uşaq bağçasında tədbiri giriş sözü ilə açan bağçanın müdiri Nabat Rəfiyeva Azərbaycan Xalq Cümhuriyyətinin demokratik prinsiplər əsasında yaranmasından, fəaliyyətindən və 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmasından, dahi şəxsiyyətin güclü iradəsi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsindən xilas edildiyini və ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi kimi başladığını qeyd edib.

Tədbir çərçivəsində bağçanın azyaşlı sakinləri tərəfindən günün mahiyyətini özündə əks etdirən bir-birindən maraqlı, rəngarəng səhnəciklər, şeirlər, musiqilər səsləndirilib.

Keçidlər