Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 15 İyun-Milli Qurtuluş Günü münasibətilə elmi-texniki yaradıcılıq müsabiqəsi keçirilib

08 iyun 2017 | 11:00

8 iyun 2017-ci il tarixdə Xətai rayonunda yerləşən Respublika Uşaq Yaradıcılıq Mərkəzində 15 İyun-Milli Qurtuluş Günü münasibətilə yeniyetmə və gənclərin iştirakı ilə elmi-texniki yaradıcılıq müsabiqəsi keçirilib.

Müsabiqəyə “Kosmik gəmi sürətlərinin modelləri”, “Mülki təyyarə sürətlərinin modelləri”, “Hərbi təyyarə sürətlərinin modelləri”, “Sualtı qayıq modelləri”, “Yelkənli qayıq modelləri”, “Hərbi gəmilərin surətlərinin modelləri”, “Mülki gəmilərin surətlərinin modelləri”, “Avtomobil modelləri”, “Səmərələşdiricilik və ixtiraçılıq” nominasiyaları üzrə ümumilikdə 35 əl işi təqdim olunub.

Mükafatlandırma mərasimində Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai siyasi  və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Respublika Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Əminə Musayeva iştirak ediblər.

Qaliblər Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılıblar. 

Keçidlər