Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi

17 iyun 2017 | 11:00

İnsan xilqətinin canını etibar etdiyi yeganə bir peşə sahibi varsa, o da həkimdir. Bineyi- qədimdən bu peşə sahibləri cəmiyyətin ən hörmətli insanları olmuşlar və bu gün də belədir. 16 il əvvəl cəmiyyətin və özünün bu münasibətini, səhiyyənin dövlətçiliyimizdəki yerini və rolunu əsas götürən ümummilli lider Heydər Əliyev 17 iyunun səhiyyə işçilərinin peşə bayramı günü elan edilməsilə bağlı sərəncam imzaladı. Bu gün isə  Azərbaycan Xalq Cumhuriyyəti dövründə Səhiyyə Nazirliyinin yaradıldığı gündür.

Xətai Rayon İcra Hakimiyyəti bu bayram münasibətilə rayonun səhiyyə işçilərini təbrik etmək üçün 7 saylı  şəhər poliklinikasında bayram toplantısı keçirdi. Rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva Xətai rayonunun səhiyyə ocaqlarında çalışan tibb işçilərini icra başçısı Razim Məmmədovun adından təbrik edərək bildirdi ki, bu bayram ulu öndərin Azərbaycan səhiyyəsinə böyük hədiyyəsidir və onu göstərir ki, o, həkimlik peşəsinə, tibb işçilərinin zəhmətinə yüksək dəyər vermişdir.

Azərbaycan səhiyyəsinin böyük inkişaf yolu keçdiyini diqqətə çatdıran J.Abdıyeva qeyd etdi ki, bu inkişafın zəfər dalğası müstəqilliyimizin Heydər Əliyev səhifəsindən, onun Azərbaycana yenidən hakimiyyətə qayıdışından sonra başlayır. Müstəqilliyimizin ilk illərində səhiyyə ocaqlarının şəraitinin, maddi-texniki bazasının, tibb avadanlıqla təchizatının hansı acınacaqlı vəziyyətdə olduğu çoxumuza yaxşı bəllidir. İndi isə hansı səhiyyə ocağında olursan, hansı poliklinikaya, xəstəxanaya ayaq basırsan nümunəvi şəraitdən, gözəl təmirdən, tibb müəssisələrinin ən müasir avadanlıqla təmin olunmasından qürur duyursan.

Ulu öndər Heydər Əliyevin tərəqqi və inkişaf strtegiyasının davamı olan bu strategiyanın müəllifi ölkəmizin Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən,  hər yerdə olduğu kimi Xətai rayonu ərazisində də müasir tibb ocaqları inşa edilmiş, mövcüd binalar   əsaslı şəkildə yenidən qurulmuş, ən son tibbi-texniki nailiyyətlərə əsaslanan maddi-texniki baza, səhiyyə avadanlıqları ilə təchiz olunmuşdur. Hal-hazırda rayon ərazisində 14 poliklinika, respublika əhəmiyyətli səhiyyə mərkəzləri, xətəxanalar, uşaq vərəm sanotoriyası, vərəm dispanseri və digər tipli səhiyyə müəssisələri fəaliyyət göstərir. Həmin müəsisələrdə ümumilikdə 5 minə yaxın səhiyyə işçisi çalışır. Natiq həmçinin qeyd etdi ki, səhiyyəmizin modernləşdirilməsi və inkişafı strategiyasıının reallaşmasında, bu sahədə dövlət proqramlarının uğurla yerinə yetirilməsində ölkəmizin  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri də müstəsna rol oynamışdır. Jalə Abdıyeva insanların sağlamlığının qorunması istiqamətində həyata keçirilən geniş miqyaslı layihələrdən danışarkən, ölkə Prezidentinin tapşırığı ilə respublikanın bütün tibb müəssisələrində həyata keçirilən vətəndaşların pulsuz tibbi müayinəsini xüsusi qeyd etdi və bildirdi ki, son üç ildə davamlı həyata keçirilən bu tədbir xəstəliklərin erkən aşkarlanması və insanların vaxtında müalicəyə cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Tam əminliklə demək olar ki, biz yaxın gələcəkdə bu layihənin əhalinin sağlamlıq göstəricilərinə necə müsbət təsir etdiyinin şahidi olacağıq.

Toplantıda çıxış edən 7 saylı poliklinikanın baş həkiminin müavini Sədaqət Hacıyeva qeyd etdi ki, həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli vəzifədir. Bu vəzifənin yüksək səviyyədə həyata keçirilməsi, əhaliyə müasir standartlara uyğun səhiyyə xidməti göstərmək üçün dövlətimiz hər şəraiti yaratmışdır. Son bir ildə tibb işçilərinin ixtisas səviyyələrinin artırılması baxımından da xeyli iş görülüb. Dövlət öz üzərinə düşən işləri belə yüksək səviyyədə yerinə yetiribsə, biz səhiyyə işçilərindən də buna fədakar əməyimizlə cavab vermək, yüksək peşəkarlıqla çalışmaq və insanların, dövlətin etimadını doğrultmaq  tələb olunur. Həkim andına sədaqətin, xəstənin etimadını qazanmağın ən doğru yolu budur.

Toplantının sonunda əməkdə fərqlənən bir qrup səhiyyə işçisi Xətai Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edildilər.

 

Keçidlər