Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYONUNDA 26 İYUN – AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLDİ

23 iyun 2017 | 22:00

23 iyun 2017-cİ il tarixdə Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Məktəbdə Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə tədbir keçirildi.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, rayon Gənclər və İdman İdarəsi, Xətai rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və Ali Hərbi Məktəbin zabit və kursant heyəti iştirak etmişdir.

Tədbir iştirakçıları ilk öncə ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını bildirdilər.

Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi general- mayor Fizulu Salahov çıxış edərək ordumuzun şanlı tarixindən, müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, dahi rəhbərin ordu quruculuğu sahəsində həyata keçirdiyi işlərin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün regionun ən güclü ordusuna sahibdir.

Daha sonra çıxış edən  Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva  rayon İcra Hakimiyyəti adından bu günlərdə ölkə başçısı cənab İlham Əliyev tərəfindən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Fizulu Salahova general- mayor rütbəsinin verilməsi münasibətilə onu  təbrik etdi. J.Abdıyeva  həmçinin, bu gün ordumuzun böyük quruculuq yolu keçərək peşəkarlığını artırdığını, maddi-texniki bazasını mütəmadi gücləndirərək mənfur düşməni hər an məhv edə biləcək hazırkı yüksək səviyyəyə çatdığını bildirmişdir. Diqqətə çatdırılmışdır ki, müasir müstəqil dövlətimizin və Milli Ordumuzun qurucusu ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunmuşdur. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Qeyd edilmişdir ki, Ali Baş Komandan İlham Əliyev Ordumuzun qüdrətinin artırılmasını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının cəbhə bölgəsinə tez-tez səfər etməsi, hərbi hissələrdə əsgər və zabitlərlə səmimi görüşlər keçirməsi orduda yüksək əhval-ruhiyyə yaradır, qələbəyə yenilməz inamı möhkəmləndirir. J.Abdıyeva  Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu vurğulamışdır. O, Azərbaycanın dinamik inkişafının və bu istiqamətdə dövlətimizin başçısının rəhbərliyi ilə aparılan geniş quruculuq işlərinin, köklü islahatların daha böyük nəticələrin əldə ediləcəyinə olan ümidləri daha da artırdığını söyləmişdir.

Daha sonra tanınmış incəsənət xadimlərinin və Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblının ifaları Ali Hərbi Məktəbin zabit və kursant heyəti tərəfindən maraqla qarşılanmışdır.

 

Keçidlər