Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 2017-ci ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

19 iyul 2017 | 11:00
19 iyul 2017-ciı il tarixində Xətai  Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2017-ci ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
 
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, Səfərbərlik Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Mehman Qurbanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin büstü önünə tər çiçəklər düzdülər.
İclası giriş sözü ilə açan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Nazirlər Kabinetinin 2017-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açdı. Razim Məmmədov vurğuladı ki, Prezident İlham Əliyevin Bakı şəhərinin problemlərinin həllini sürətləndirmək, paytaxtın ümumi gözəlliyini və rahatlığını daha da artırmaq yönündə gerçəkləşdirdiyi layihələr, dövlət proqramlarında nəzərdə tutulan məqsədyönlü quruculuq-abadlıq tədbirlərinin ardıcıl yerinə yetirilməsi, daxili imkan və ehtiyatların kifayət qədər hərəkətə gətirilməsi Xətai  rayonunda sürətli inkişaf və genişmiqyaslı yeniləşməni təmin etmişdir. Rayonun sosial-iqtisadi göstəricilərində müsbət dinamika 2017-ci ilin altı ayında da davam etmiş, rayonun ictimai-siyasi və sosial-mədəni həyatında nəzərəçarpacaq irəliləyişlər müşahidə olmuşdur.
        2017-ci  il yanvar-iyun  aylarında əvvəlki  illə müqayisədə  66.6 faiz çox sənaye  məhsulu  istehsal  edilmişdir. Sənaye  məhsulunun  ümumi  həcmində dövlət sektorunun xüsusi çəkisi 628403.3 min manat,  94.3  faiz,  qeyri-dövlət  sektorunun   xüsusi  çəkisi isə 37732.3 min manat, 5.7 faiz   təşkil  edir.
      İnformasiya və rabitə  müəssisələri  tərəfindən  təsərrüfat subyektlərinə və əhaliyə faktiki  qiymətlərlə  18324.2 min  manatlıq  rabitə  xidməti göstərilmişdir ki, əvvəlki  illə müqayisədə  3.9 faiz çox olmuşdur.
      Tikinti üzrə Xətai rayonunda  2017-ci  il yanvar-iyun aylarında rayonun  tikinti  kompleksində  iqtisadi  və  sosial  sahələrin  inkişafı  üçün  bütün  maliyyə  mənbələri  hesabına 342835.5 min manat məbləğində vəsait istifadə  edilmişdir.  İstifadə olunmuş vəsaitin  341819.0 min    manatı   tikinti-quraşdırma  işlərinin yerinə yetirilməsinə  (99.7%)  sərf edilmişdi. Bu  da  2016- -cı ilin müvafiq dövrü ilə müqayisədə 4.5 dəfə çoxdur.
      Nəqliyyat sektorunda 408129.6 min  manatlıq   xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 22.5 faiz çox olmuşdur.
      İstehlak bazarında 2017-ci ilin ikinci rübündə rayon ərazisində pərakəndə ticarət şəbəkələrindən əhaliyə 1206737.6 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 faiz çox əmtəə satılmışdır. Pərakəndə ticarət dövriyyəsinin 100 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdür.
        Satılmış əmtəələrin 16.7  faizi hüquqi şəxs statuslu, 78.2 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 5.1 faizi rayonda fəaliyyət göstərən bazarda realizə olunmuşdur. Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 685427 min manat, qeyri-ərzaq mallarının həcmi isə 521310.6 min manat olmuş, onların da xüsusi çəkiləri müvafiq olaraq 56.8 faiz və 43.2 faiz təşkil etmişdir.
    Hesabat ilində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin müvafiq dövrünə nisbətən 4.0 faiz çoxalaraq 301217.6 min manat olmuşdur. Ümumi həcmin 41.1 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 123800.4 min manatlıq ödənişli xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərin 24.1 faizi dövlət müəssisələrinin  payına   düşmüşdür. 
    Özəl  sektorun  müəssisələri   tərəfindən  əhaliyə  228624.2 min  manatlıq  və  ya  2016-cı  ilə nisbətən 2.3 faiz çox ödənişli xidmətlər  göstərilmişdir.
      Cari ilin ikinci yarısında da daxili bazarda süni bahalaşmanın qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsi və süni bahalaşmaya qarşı mübarizə tədbirləri davam etdirilmişdi.
İkinci rübün əvvəllərində istifadəyə verilmiş “Bravo” hipermarketi tam gücü ilə fəaliyyətini davam etdirmişdir.
Ölkə rəhbərinin tapşırığına uyğun olaraq yeni iş yerlərinin yaradılması istiqamətində rayon İcra hakimiyyəti tərəfindən tədbirlər davam etdirilir.
       Rayon İcra Hakimiyyəti ilin birinci yarısında 585 nəfər müvəqqəti işə cəlb edilmişdir. Onlardan  304 nəfəri abadlıq və təmizlik işlərinə, 281 nəfəri isə çoxmənzilli binaların təmiri işlərinə cəlb olunmuşdu. Eləcə də müxtəlif müəssisələr tərəfindən  (SOCAR,“Azərbaycan Dəmir Yolları” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azər-baycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC,  “Azərenerji” ASC “Azəristiliktəchizat” ASC) 888 müvəqqəti  açılmış iş yerindən 303-nə artıq işçilər cəlb edilmişdir.
      Xətai rayonunda 2017-ci ilin yanvar-iyun ayları  ərzində 5107 yeni iş yerləri açılmışdır. Onlardan hamısı daimi iş yerləridir. Hesabat dövründə 972 nəfər yeni yaradılmış müəssisələrdə, 1293 nəfəri mövcud müəssisələrdə, 53 nəfəri fəaliyyətini bərpa etmiş müəssisələrdə, 2789 nəfəri  fiziki şəxslər tərəfindən yaradılmışdır. 
     2017-ci il 1 iyul tarixə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 1848 nəfər olmuşdur. Vahid elektron müraciət və təyinatı alt sisteminin (VEMTAS) tətbiqindən sonra rayon üzrə 241 ailə və 871 ailə üzvünə elektron müraciətləri əsasında sosial yardım təyin edilmişdir.
Böyük Vətən Müharibəsində qələbənin 72-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən müharibə iştirakçılarının hər birinə 1000 manat (18 nəfərə 18000 manat arxa cəbhə və müharibə iştirakçılarının dul qadınlarının hər birinə 500 manat (211 nəfərə 105500 manat) məbləğində birdəfəlik müavinət ödənilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi 2017-ci il üçün illik iş planına uyğun  bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 1990-cı il “Faciəli yanvar” hadisəsinin 27-ci ildönümü və “Xocalı soyqırımını”nın 25-cü ildönümü ilə əlaqədar rayonun bütün idarə və müəssisələrində, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilmişdir.  Məlum olduğu kimi “Xocalı soyqırımını”nın 25-ci ildönümü ilə əlaqədar qərargah yaradılmış, Dövlət Başçısının və digər dövlət təşkilatlarının, Milli Məclis deputatlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə yürüş keçirilmişdir. Yürüşün keçiriləcəyi Nobel prospekti - Y.Səfərov küçəsi - Xocalı prospekti marşurutu boyu Prezident administrasiyasının, Bakı şəhər İcra Hakimiyyəyinin və digər əlaqədar təşkilatlarlın əməkdaşları ilə birgə  abadlıq-quruculuq, tərtibat işləri aparılmış, 105 minə yaxın bəzəkli gül kolları və həmişə yaşıl bəzək ağacları əkilmişdir. Tədbirin yüksək səviyədə keçirilməsi  təmin edilmişdir.
       Eləcə də 31 mart Azərbaycanlıların soyqırım günü ərəfəsində rayonumuzun idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında tədbirlər keçirilmişdir.
 
Rayon Təssərrüfat şöbəsi tərəfindən Kommunal təssərrüfat və Xidmət sahələrinin işi daim diqqətdə saxlanılmış, su, işıq, qaz və digər məsələlərlə bağlı yaranmış problemlərin operativ və yerində icrası üçün tədbirlər görülmüşdür. Rayonda abadlıq-quruculuq işləri davam etdirilmiş, iməciliklər təşkil edilmişdir.
 
Dünyanın ən böyük layihələrindən olan “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi, konpensasiya ödənilməsi və söküntü işləri davam etdirilir.
 
 Nazirlər Kabinetinin müşavirəsində cənab Prezident sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması məqsədilə münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı tapşırıqlar verilmişdir. Bu tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri RİH Başçısı yanında Şuranın geniş iclaslarında müzakirə olunmuş, RİHB Aparatı, Qəsəbə və Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilmişdir. Bu yöndə artıq işlərə başlanılmışdır. Belə ki, Zığ yolunda tərk edilmiş hərbi hissənin ərazisində müasir tipli, dünya standartlarına cavab verəcək mehmanxananın tikintisi üçün sərmayə cəlb edilməsi tədbirlər görülür. Eləcə də Naximov yaşayış sahəsi, Pivəzavod, Mirzə Davud yaşayış sahələri əraziləri, bir sözlə bütün sahilboyu ərazidə yaşayış və qeyri-yaşayış obyektlərin siyahıyaalınması aparılmış, foto-video çəkilişləri aparılmış təqdim olunmuş xüsusi formalara uyğun doldurularaq əlaqədar təşkilatlara təqdim olunmuşdur.
 
Abadlaşdırma layihələri çərçivəsində köhnə mənzil fondunun yenilənməsi layihəsi üzrə 5 çoxmərtəbəli binada (S.Orucov küçəsi, 1,2,3, Cavanşir küçəsi 2, M.Hadi küçəsi 11 ünvanlarda) əsaslı təmir işləri başa çatdırılmışdır.  8 ünvanda isə (Xocalı prospekti 24, 24a, 20/22, Cavanşir küçəsi 4, X.Məmmədov küçəsi 6, R.Məmmədov küçəsi 10, M.Hadi küçəsi 138, Neapol küçəsi 41) təmir işləri davam etdirilir.
Rayonda ekoloji və sanitar vəziyyətin yaxşılaşdırılması  istiqamətində kompleks tədbirlər görülmüş, bu tədbirlər çərçivəsində “Abad həyət”, “Təmiz məhəllə”, park inşası, yaşıllıqların salınması və ağacların əkilməsi, suvarılması onlara aqrotexniki  qulluq göstərilməsinə əmək qabiliyyətli qeyri məşğul əhali  cəlb edilməsi işi davam etdirilmişdir.
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycanın Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə rayonun Həsən Salmani küçəsi 1 ünvanda verilmiş 3 otaqlı  mənzil yüksək zövq və keyfiyyətlə tam təmir edilmiş,  məişət avadanlıqları, mətbəx, yataq, qonaq otağı mebel dəstləri ilə, soyuducu, qaz sobası, paltaryuyan, qabyuyan maşınla və s. tam təchiz edilərək şəhidin ailəsinə təqdim olunmuşdur.
Xudu Məmmədov küçəsi,6 ünvanda 120 yerlik yeni uşaq bağçasının tamamlanma işləri sentyabr ayına nəzərdə tutulur, Sadıqcan küçəsində Rayon Polis idarəsinin inzibati binasının inşa başa çatmışsır. Dİ Naziri cənab Ramil Usubovun iştirakı ilə açiliş mərasimi olmuşdu.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-ci il tarixli Bakı şəhərinin 9 rayonunda, o cümlədən, Xətai rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Qərarın icrası ilə əlaqədar rayon ərazisində pilot layihələr davam etdirilir.
Rayon ərazisində yol ifrastrukturunun yaxşılaşdırılması, nəqliyyat vasitələrinin normal gəliş-gedişinin təmin edilməsi, tıxac problemlərinin aradan qaldırlıması və insanların rahatlığının təmin edilməsi məqsədi ilə “Azəravtoyol” ASC, Bakı şəhər İcra Hakimiyyəti, rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Belə ki, ilin əvvəlində Yusif Səfərov küçəsinin daha bir hissəsi genişləndirilmiş, eləcə də paralel olaraq alternativ yol çəkilmişdir. (Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyeva küçəsinə oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət edilir, nəticədə Yusif Səfərov küçəsində hərəkət intensivliyini xeyli azaltmış olur). Ağ Şəhər layihəsinin tərkib hissələrindən olan Xaqani Rüstəmov küçəsi də əsaslı şəkildə yenidən qurulmuş və istifadəyə tam hazırdır.
Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən cari ilin fevral ayının 15-dən may ayının 2-dək keçirilməsi nəzərdə tutulan əhalinin tibbi müayinəsinin vaxtı may ayının 15-dək uzadılmış, nəticədə 153508 nəfər  tibbi müayinədən keçmişdi. Onlardan 141917 nəfəri sağlam hesab edilmiş, 10633 nəfəri ambulator, 958 nəfəri isə stasionar   müalicəyə cəlb olunmuşdu.
Novruz bayramı münasibətilə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilmiş, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə uşaq evləri və kimsəsizlərə bayram sovqatları verilmişdir.
Hər il olduğu kimi bu il də 9 may Faşizim üzəində qələbə günü, 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü, 15 iyun Qurtuluş günü, 26 iyun Silahlı Qüvvələr günü, Ramazan Bayramı, IV İslam Həmrəyliyi oyunlarına həsr edilmiş müxtəlif tədbirlər və s.  rayon fəallarının,  veteranların, məktəblilərin, ictimai birliklər və qeyri – hökumət təşkilatlarının iştirakı ilə Heydər Əliyev Parkında, rayon İcra Hakimiyyətində və YAP rayon təşkilatında müxtəlif formatlarda qeyd olunmuşdur. Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə rayonumuzum memarı Vadim Surxayev “Tərəqqi” medalına layiq görülmüşdür.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının  94–cü ildönümünə həsr edilmiş tədbirlər həm rayonumuzda, həm də Türkiyənin Mersin vilayətinin Tarsus şəhərində təntənə ilə qeyd edilmişdir. Bu tədbirlər çərçivəsində nümayəndə heyəti Türkiyənin qabaqcıl tədris ocaqlarından biri olan “Kampus Okulları” tədris mərkəzində yeni tikilmiş konfrans zalına Ulu Öndər Heydər Əliyevin adının verilməsi ilə əlaqədar təşkil olunmuş açılış mərasimində də iştirak etmişdi. Elə orada da qərar verildi ki, həmin liseylə Xətai rayonunun “Zəkalar liseyi” arasında da qardaşlaşlıq əlaqələri yaradılsın.
Rayonun xarici əlaqələrini əks etdirən tədbirlərdən biri də Yaponoya ilə dostluq münasibətlərdir. Ulu Öndərin adını daşıyan parkda Yaponiyanın “Kosuqi Zohen” şirkəti ilə birgə “Yapon bağı” salınıb və bu park artıq rayonun sakinləri ilə yanaşı paytaxtımızın qonaqlarının da sevimli yerlərindən birinə çevrilib. May ayının ortalarında Yaponiyanın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori rayon İcra Hakimiyyətində cənab Başçı tərəfindən qəbul olunarkən bir sıra məsələlər, o cümlədən Tokio perefakturasının Setaqaya şəhəri ilə Xətai rayonun qardaşıaşması layihəsi də müzakirə olunmuşdur.
Bu münasibətlər çərçivəsində  Yaponiyanın tanınmış “Va Liqa” folklor ansanblının bizim muğam üçlüyü ilə ikinci birgə konserti təşkil olunmuşdur. Rayon İcra Hakimiyyətinin və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan Konsertdə bir sıra dövlətlərin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
Məlum olduğu kimi ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə artıq bir neçə ildir ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublika məktəbliləri Azərbaycan Respublikamızın ərazisində maarifləndirici tur-aksiyalarda iştirak edirlər.
Bu tur çərçivəsində Xətai rayonundan da 27 məktəbli bir icra Hakimiyyətinin nümayəndəsi, bir müəllim və bir  həkimin müşayətilə 16-19 mart tarixlərdə Naxçıvan Muxtar Respublikasında olmuşlar. 
7-9 iyul 2017-ci il tarixlərdə  Türkiyə Mersində keçirilən  Qızqalası Beynəlxalq Turizm festivalında “Zəkalar” liseyinin iki şagirdi və rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs qrupundan ibarət nümayəndə heyəti iştirak edib. Səfər çərçivəsində ilk öncə Tarsusda Ulu Öndərin abidəsi ziyarət edilib. Kampus Okulları tədris mərkəzində görüş keçirilib.
 
Rayon Gənclər və İdman İdarəsi ilə birgə gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, rayonun ictimai-siyasi həyatında gənclərin fəal iştirakının təmin edilməsi yönündə tədbirlər davam etdirilmişdir. 01.02.2017-ci il tarixdə “Gənclər Günü” münasibətilə keçirilmiş tədbirdə rayonun fəal gənclərinin bir qrup gənc rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2017-ci il “İslam həmrəyliyi ili” elan edilməsi və cari ilin may ayında respublikamızda keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları” ilə əlaqədar rayonun Gənclər və idman idarəsi ilə birgə silsilə tədbirlər keçirilmiş, qalibər mükafatdırılmışdır.
Rayon ərazisində keçirilən Kənd Təsərrüfatı Məhsullarının satış yarmarkasında yaranmış bir sıra neqativ hallar rayon Polis İdarəsi ilə keçirilən birgə tədbirlər nəticəsində aradan qaldırılmış, sanitar təmizliyə, qiymət intizamına nəzarət gücləndirilmişdir. Ərazinin sanitar-gigiyenik təmizliyi, dizenfeksiya edilməsi hər həftə mütəmadi olaraq rayon MKTB tərəfindən həyata keçirilir.
      İlin əvvəlində qəsəbə və sahə inzibati ərazi dairələrinin hesabat yığıncaqları keçirilmişdi.
Xətai və Əhmədli bələdiyyələri ilə birgə fəaliyyət planı əsasında iş aparılmış, bələdiyyələrlə işin təşkili ilə bağlı əlaqələndirmə şurasının fəaliyyəti yaxşılaşdırılmışdır.
      
     Vətəndaşların müraciətlərinə baxılmasına diqqət artırılmış, birinci altı ay ərzində İcra Hakimiyyətinə 3368  müraciət daxil olmuşdur. Onlardan 992-si vətəndaşlardan, 2376-sı müxtəlif təşkilatlardandır. 3027 müraciət icra olunmuş, 341 icraatdadır.
    Eləcə də nəzarətlə daxil olmuş 23 ərizədən 3-ü, 43 məktubdan isə 10  icraatdadır.
Digər çıxış edənlər Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Mehman Qurbanov,  aparatın şöbə müdirləri Pənah İmanov, Hüseyn Abbasov,  rayon MKTB-nin baş mühəndisi Sahib Babayev, rayon Sukanal İdarəsinin rəis müavini Kamil İsmiyev və digərləri 2017-ci ilin birinci yarısında Xətai rayonunda əldə olunmuş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

Keçidlər