Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədov ərizə ilə müraciət etmiş sakinlərlə görüşdü

11 avqust 2017 | 11:00


10 avqust 2017-ci il tarixdə rayon İcra Hakimiyyətində icra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş Cavanşir küçəsi  20 və 24 saylı binaların bir qrup sakinini qəbul edib .
Sakinlər yaşadıqları binaların yaxınlığında işıq şəbəkələri olan tərəfdə alayarımçıq inşa edilmiş tikilidən şikayət edərək bildiriblər ki, yaşıllıq zonası və yol qeyri-qanuni zəbt edilib.  Nəticədə, gediş-gəliş çətinləşib. Belə ki, orada mütəmadi olaraq naməlum şəxslər yığılaraq içki içir, əyyaşlıq edirlər. Ərazidə sahibsiz itlər də çoxalıb, antisanitar vəziyyət yaranıb. Bu hallar da haqlı olaraq  sakinlər arasında narahatçılığa səbəb olur. Ona görə də rayon İcra Hakimiyyəti və digər əlaqədar təşkilatlar tərəfindən tədbirlər görülməsini xahiş edirlər.
Qəbulda iştirak edən xidmət sahələrinin də rəhbərləri məlumat verərək bildiriblər ki,  tikinti ərazidə yerləşən binaları elektrik enerjisi ilə təmin edən Transformator Mərkəzinin tam yaxınlığında yerləşir, eləcə də, ərazidən yüksək təzyiqli qaz xətti keçir.
Problemin ciddiliyini nəzərə alaraq rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov rayon Polis idarəsinin rəisi Muradəli Babayev, başçının müavinlərinin, aparatın şöbə müdirlərinin,  Mənzil Kommunal Təsərrüfat Birliyinin və xidmət sahələrinin rəhbərlərinin, 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin əməkdaşlarının və digər əlaqədar təşkilatların nümayəndələrinin  iştirakı ilə əraziyə yerində baxış kecirib.
Yerində baxış zamanı qaldırılan məsələ ilə bağlı faktlar təsdiqini tapıb və müəyyən olunub ki, həmin ünvanda qanunsuz tikili mövcuddur və bu da sakinlərin narazılığına səbəb olur.
Rayon ərazisində tikintilərə nəzarət edən məsul şəxslərə, eləcə də xidmət sahələrinin nümayəndələrinə ciddi iradlarını bildirən rayon İcra Hakimiyyətinin Başçısı dərhal tikilinin sökülməsi və ərazinin təmizlənərək sakinlərin ixtiyarına verilməsi barədə göstəriş verib.
  Sakinlər müraciətlərinə operativ şəkildə baxıldığına və qaldırdıqları problemin dərhal həll olunduğuna görə razılıq edib, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər