Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Sülh aylığı çərçivəsində keçirilən tədbirlər davam etdirilir

18 sentyabr 2017 | 11:00

      Sentyabrın 18-də Xətai Rayon İcra Hakimiyyətinin 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Xətai Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.
    Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev, Aslan Sultanov, Xətai rayonu “Mirtağı” məscidi dini icmasının sədri Hacı Mircəfər Nəsirov, məscidin axundu Hacısəlim Kərimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan  rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov bildirib ki, Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına əsasən respublikamızda hər il 21 sentyabr - “Beynəlxalq Sülh Günü” ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq ölkəmizdə 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və bir çox tədbirlər təşkil olunur.
    DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev çıxışında qeyd edib ki, xalqımız malik olduğu milli-mənəvi dəyərləri tarix boyu inkişaf etdirərək, dövrümüzədək gətirib çıxarıb. Natiq hal-hazırda həm milli-mənəvi dəyərlərimizin, həm  də dövlət-din münasibətlərinin mükəmməl Azərbaycan modelinin formalaşmasından bəhs edib.
       Tədbirdə mövzu ilə bağlı iştirakçıların çıxışları dinlənilib.

Keçidlər