Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonundakı 147 saylı Texniki-humanitar liseydə “147 fm” adlı liseydaxili radio fəaliyyətə başlayıb

05 oktyabr 2017 | 11:00

   Xətai rayonu 147 saylı Texniki-humanitar liseydə “147 fm” adlı liseydaxili radio fəaliyyətə başlayıb. 
  Hər gün səhər 08:00-dan 08: 30, 10:55-dən 11:05-ə qədər fəaliyyət göstərən “147 fm” lisey dalğasında məktəbin şagirdləri şeirlər deyir, təbriklər səsləndirir, müəllimlər və dəvət olunmuş tanınmış şəxslərlə müsahibələr aparırlar. Həftədə bir dəfə isə maraqlı əsərlərin müzakirələri təşkil olunur.
   Tədrisin keyfiyyətinin artırılması, şagirdlərin təhsilə marağının yüksəldilməsi, uğurlu məktəb formalaşdırmaq üçün layihənin böyük əhəmiyyəti vardır.
   Yaxın günlərdə internet resurslardan istifadə edərək “147 fm” lisey radiosunun fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.

    Təbrik edirik. Uğurlar arzulayırıq.

Keçidlər