Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə “Voleybol” turniri keçirilmişdir

25 oktyabr 2017 | 11:00

   23 oktyabr 2017-ci il tarixdə 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Voleybol” turnirinin qızlar arasında final oyunları keçirilmişdir.
   Yarışın yekun nəticələrinə görə 269 nömrəli tam orta məktəbin komandası I yeri, 138 nömrəli tam orta məktəbin komandası II yeri, 63 nömrəli tam orta məktəbin komandası III yeri tutmuşdur.
   Mükafatlandırma mərasimində Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının aparat rəhbəri Mail Kərimov və rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev iştirak etmişlər.
   Qaliblər Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və xatirə hədiyyələri ilə  mükafatlandırılmışlar. 

Keçidlər