Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı müşavirə keçirilib.

26 oktyabr 2017 | 11:00

   Xətai rayonunda rayon icra hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə müşavirə keçirilib.
   Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini Teymur Əzizov bildirib ki, tədbirin keçirilməsində məqsəd əhalini bu istiqamətdə maarifləndirmək, onlara baş verəcək yangın və qazsızma hadisələri zamanı düzgün təxliyə olunma qaydalarının öyrədilməsidir. Qeyd olunub ki, qış mövsümünün başlanması ilə əlaqədar yaşayış evlərinin, təhsil, səhiyyə və digər sosial yönümlü obyektlərin fasiləsiz qaz, elektrik enerjisi və istiliklə təmin olunması üçün əlaqədar qurumlar tərəfindən xeyli işlər görülüb. Belə işlərin görülməsində insanların təhlükəsizliyinin təmin olunması önəmli məsələlərdəndir. Bu baxımdan yarana biləcək hər hansı yanğın hadisənin qarşısını almaq məqsədilə rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Rayon ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında, dövlət müəsisələrində, yaşayış ərazilərində maarifləndirmə işləri aparılır və əhaliyə bukletlər paylanılır.
   Bakı Regional Mərkəzin idarə rəisi Yolçu Yolçuyev tədbirin əhəmiyyəti barədə məlumat verib. Vurğulayıb ki, belə tədbirlərin keçirilməsi ölkə ərazisində insan ölümü ilə nəticələnən yanğınların qarşısının alınmasında və maarifləndirmədə mühüm rol oynayır.Əhalinin yanğın təhlükəsizlik qaydalarına riayət etməməsi, yaşayış binalarının tüstü bacalarının vaxtlı-vaxtında təmizlənməməsi, elektrik, qaz, istilik sistemlərində baş vermiş nasazlıqların aradan qaldırılmaması, qeyri-standart və nasaz qızdırıcı avandanlıqlardan istifadə edilməsi yanğına səbən olan amillərdir. Sonra  yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları,  rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları, həmçinin, yaşayış binalarında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər və mövcud problemlərlə bağlı məruzələri dinlənildi.
   Sonda yanğının baş vermə səbəbləri, ondan qorunma yollarından bəhs edən videoçarxlar nümayiş olundu.

Keçidlər