Şriftin ölçüsü :

Saytın rəngi :

191 saylı orta məktəbdə Prezident cənab İlham Əliyevin Türkiyə səfərinə və IX Zirvə görüşündə iştirakına həsr olunmuş tədbir keçirilmişdir

26 oktyabr 2017 | 11:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə səfəri zamanı İstanbulda keçirilən “İnkişaf etməkdə olan səkkiz ölkənin iqtisadi əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə  görüşündə  iştirakı ilə bağlı 26 oktyabr 2017-ci il tarixdə Xətai rayonu, 191 saylı orta məktəbdə tədbir keçirilmişdir.
   Rayon ictimaiyyəti nümayəndələrinin, müəssisə və təşkilatların, ictimai birliklərin, Xətai və Əhmədli bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən tədbirdə mövzu ətrafındə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov və digərləri çıxış etmişlər.

   Pənah İmanov ölkə başçısı cənab İlham Əliyevin çıxışında Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs etdiyini bildirmişdir. Eləcə də, bu gün dünya siyasətində türk dünyasına, müsəlmanlara qarşı ikili standart və islamafobiyadan söz açaraq bu haqsızlığın aradan qaldırılmasına çağırmışdır. Ümumiyyətlə, dövlət başçısının bütün görüşlərində eləcə də, beynəlxalq təşkilatlarda cəsarətli çıxışları Azərbaycanın mövqeyini əks etdirir və ölkəmizə qarşı aparılan ədalətsiz siyasətin aradan qaldırılmasını tələb edir. Son dövrlərdə Avropa Şurasının Azərbaycan dövlətinə qarşı apardığı qərəzli siyasət və təzyiqlər ölkəmizin sosial-iqtisadi inkişafının, regionda liderliyinin, dünyada nüfuzunun artmasının kimlərisə narahat etməsinin bariz nümunəsidir. Lakin buna baxmayaraq ölkəmiz dövlət başçısının qətiyyətli siyasəti ilə  öz fəaliyyətini ədalətin bərqərar olmasına qədər davam etdirəcəkdir. Bu gün artıq Azərbaycan təkcə ölkəmizdə deyil dünyada da mədəniyyətin, sülhün tolerantlıq və multikulturalizm dəyərlərinin inkişafına təmin edir. Bunun bariz nümunəsi Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dünya mədəniyyət abidələrinin bərpasında fəal iştirakıdır.

Keçidlər