Şriftin ölçüsü :

Saytın rəngi :

261 nömrəli məktəb-liseydə“İslam həmrəyliyi zamanın tələbinə cavab verən qlobal çağırışdır” mövzusunda tədbir keçirilib

01 dekabr 2017 | 11:00

    Dekabrın 1-də Xətai Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Xətai rayonunda yerləşən İ.Məmmədov adına 261 nömrəli məktəb-liseydə “İslam həmrəyliyi ili” çərçivəsində “İslam həmrəyliyi zamanın tələbinə cavab verən qlobal çağırışdır” mövzusunda tədbir keçirilib.        Tədbirdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fidan Aslanova və Vasif Musayev, Xətai RİH başçısının 1 və 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklərinin əməkdaşları, məktəbin direktoru Abuzər Əsədov, müəllim və şagird kollektivi iştirak ediblər.
   Tədbirin əvvəlində dini nəşrlərin, Quran ayələrinin yazıldığı əl işlərinin olduğu,  Qurani-Kərimin müxtəlif ölçü və cilddə nümunələrinin nümayiş etdirildiyi sərgiyə baxış keçirilib.
   Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Abuzər Əsədov ötən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam həmrəyliyi ili” elan edilməsinin mühüm tarixi hadisə, multikulturalizmin bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi, tarixən İslam dünyasının bir parçasına çevrilmiş ölkəmizin öz milli-mənəvi dəyərlərinə sadiqliyinin nümayiş etdirilməsi olduğunu bildirdi.
    DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fidan Aslanova mövzu ilə bağlı çıxış edərək bildirdi ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda  “İslam həmrəyliyi ili” elan edilməsi təkcə dini deyil, iqtisadi, siyasi, mənəvi, beynəlxalq məsələdir. İslam ölkələrinin dağıntılara, fəlakətlərə, təhlükələrə məruz qaldığı bir zamanda həmrəyliyin ölkələrarası münasibətlərin normallaşmasına gətirib çıxaran, bütün dünya üçün dinlərarası münasibətlərin sağlamlaşmasına töhfə verə biləcək bir imkan olduğunu diqqətə çatdırdı.
   DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev İslam dininin gənc nəslin tərbiyəsində rolundan, milli-mənəvi dəyərlərimizə, eləcə də dinimizə dövlət qayğısından, sağlam və əqidəli gəncliyin formalaşması üçün aparılan maarifləndirmə işinin xüsusiyyətindən bəhs edən geniş məruzəylə çıxış etdi.
   Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirildi.

Keçidlər