Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər arasında "Basketbol" idman növü üzrə yarış keçirilmişdir

14 dekabr 2017 | 11:00

   Xətai rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 04-16 dekabr 2016-ci il tarixlərdə 269 nömrəli tam orta məktəbin idman zalında rayon məktəblilərinin XXX Spartakiadasının proqramına daxil olan oğlanlar arasında "Basketbol" idman növü üzrə yarış keçirilmişdir.
   Yarışda rayonun 18 məktəb komandası tərkibində 220 nəfər məktəbli iştirak etmişdir. Yarışda birinci yeri qızlarda olduğu kimi 269 nömrəli, ikinci yeri 17 №li, üçüncü yeri 264 №li tam orta məktəblərin komandaları tutmuşdur.
   Sonda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.
Həm qızlar həm də oğlanlar arasında ilk yeri tutmuş komanda Bakı şəhər turnirində Xətai rayonunu təmsil etmək hüququ qazanmışdır.

Keçidlər