Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibətilə bayram tədbiri və humanitar aksiya keçirildi

30 dekabr 2017 | 11:00

Xətai rayonunda 31 Dekabr-Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə müxtəlif tədbirlər həyata keçirilir.
Növbəti tədbir ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda rayon sakinlərini bir araya gətirdi.
Bəzədilmiş yolka ağacları, Şaxta baba, Qar qız rəngarən musiqilər insanlarda əsl bayram abu havası yaradırdı.
Baram münasibətilə içtimaiyyəti təbrik edən rayon icra hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva bir il ərzində ölkəmizin əldə etdiyi uğurlardan danışdı. Bidirdi ki, artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir. Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında Prezident İlham Əliyevin böyük xidmətləri var. Yeni il ərəfəsində Heydər Əliyev Fondu tərəfindən müxtəlif orta məktəblərdə, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan, valideyn himayəsindən məhrum uşaqlar üçün şənliklər təşkil edilir. Yeni ili daha maraqlı keçirmək və bu günlərdə sakinlərin rahat istirahətini təmin etmək məqsədilə rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı da hazırlanıb.
Sonra incəsənət ustaların ifaları, uşaq yaradıcılıq kollektivinin rəngarəng çıxışları, müxtəlif kampazisiyalar insanlarda maraqlı anlar yaşatdı.

Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən  rayon ərazisində yaşayan 200-dən artıq aztəminatlı ailəyə bayram sovqatları paylanıldı. Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçına minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər