Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilib

11 yanvar 2018 | 11:00

11yanvar 2018-ci il tarixdə 55 nömrəli tam orta məktəbin  akt zalında Xətai  rayon  İcra Hakimiyyətinin Başçısının müavini Etibar Əhmədovun, hüquq-mühafizə orqanlarının,  xidmət rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Xətai Bələdiyyəsi üzvlərinin  və sakinlərin  iştirakı ilə  4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin  2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Toplantıda 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsi Vüsal Nəsibovun hesabat məruzəsi dinlənilmişdir.

Məruzədə qeyd olunmuşdur ki, nümayəndəliyin ərazisi   22,1 kv. km təşkil edir. Ərazidə yaşayan əhalinin sayı 65934 nəfərdir. Nümayəndiliyin ərazisində Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin  5,  İdarə və müəssisələrə məxsus 1 və   5 xüsusi təyinatlı mənzil-kommunal istismar sahələri  xidmət göstərirlər. İnzibati ərazi dairəsində 10 ümumtəhsil tam orta məktəb, 7 səhiyyə müəssisəsi və 9 körpələr evi-uşaq bağçaları yerləşir. Eyni zamanda ərazidə bir sıra respublika əhəmiyyətli təşkilatlar da yerləşir. (Ali Məhkəmə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Bakı Ali Neft Məktəbi, Bakı şəhər Baş Polis İdarəsi, Çevik Polis alayı, DİN-nin Miqrasiya xidməti, “Mərkəzi Neftçilər xəstəxanası, Perinatal Mərkəz) Ərazidə nümayəndəlik tərəfindən Mənzil Kommunal İstismar Sahələri ilə birlikdə mütamadi reydlər keçirilmiş, aşkar olunan qanunsuz  Ət kəsimi, küçə ticarəti , tikintilərin  qarşısı alınaraq, fəaliyyət göstərən sahibkar və abyek sahiblərinə ciddi xəbərdarlıq edilmişdir.

Hesabat dövründə nümayəndəlikdə ev təsərrüfatlarının uçotu kitabları ilə iş davam etdirilmiş, yaşayış binaları və fərdi evlərin sayı, texniki vəziyyəti, sakinlər barədə ətraflı məlumatlar toplanmışdır.
Hesabat ili ərzində nümayəndəlik tərəfindən yaşayış, sosial təyinatlı, təhsil, səhiyyə müəssisələrinin və digər obyektlərin içməli su, qaz, istilik və elektrik enerjisi ilə normal təmin olunması üçün kommunal və xidmət sahələri ilə müntəzəm olaraq əlaqə saxlanmış, prospekt, küçə və meydanların abadlaşdırılması və ərazinin sanitar təmizliyinə əməl olunması üçün tədbirlər görülmüş və ərazinin təmizliyi nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə Əhalinin fasiləsiz içməli su ilə təmin olunması məqsədilə inzibati ərazinin Babək prospetki 8, Natiq Əliyev küçəsi 46 ünvanlarında  pilot layihə işləri aparılaraq yararsız su xətləri yeniləri ilə əvəz olunaraq təmir bərpa işləri aparılmışdır.
Əhalinin əsasən payız qış aylarında mənzillərin istiliklə təmin olunması nəzarətimizdən yayınmamışdır. Belə ki, inzibati ərazimizdə 91 bina istiliklə təmin olunub.İstiliklə təmin olunmayan  binaların məhəllədaxili ərazisində yeni modul tipli istilik qazanxanasının tikintisi üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə müraciət olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda iştirak edən inzibati ərazidə yerləşən Daşqın Səfərov küçəsi 7 ünvanında yaşayan sakinlər uzun müddət binanın istiliknən təmin olunmamasını bildirmişlər. Sakinlərin qaldırdıqları məsələlərə həllinə nail olmaq üçün aidiyyəti qurumlara tapşırıqlar verilmiş və qısa zamanda Daşqın Səfərov küçəsi 7 ünvanına istilik bərpa olunmuşdur.Sakinlər göstərilən diqqət qayğıya görə  Rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədova öz minnətdarlıqlarını bildirdilər.
Son zamanlarda Respublikanın şəhər və rayonlarında əhalinin rahat həyat  şəraitinin yaxşılaşdırılması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol və piyada keçidlərinin yenilənməsi işlərinin aparılması dövlətin qarşısında duran prioritet məsələlərdən biridir. Xətai rayonun bir neçə yol və prospektləri Azərbaycan Avtomobil Yolları  Dövlət Agentliyi tərəfindən yenilərək bərpa olunmuşdur. İnzibati əraziyə düşən mərkəzi küçələrdən S.Senyuşkin, Fəzail Bayramov, Ayaz İsmayılov, Süleyman Vəzirov, Xəqani Rüstəmov, Yusif Səfərov küçələri bütövlükdə 116536 kvadrat metr olmaqla əsaslı təmir olunmuşdur. Babək prospektinin yenidən qurulması işlərinə start verilmişdir. Məhəllə daxili yollardan Aşıq Qurban küçəsi 25 ünvanında 1400 kvadrat metr əraziyə asfalt örtüyü vurularaq təmir olunmuşdur.
Eyni zamanda, inzibati ərazidə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xocalı prospekti 24a, 20/22, Yusif Səfərov küçəsi 35 ünvanlarında çoxmənzilli yaşayış binalarının üzlükləri təmir bərpa işləri aparılaraq yenilənmişdir.
Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai  rayonunda da davamlı xarakter alıb.
Bu məqsədlə keçirilən növbəti iməcilik inzibati ərazinin Nobel prospektində, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrində təşkil olunub.
Yüksək fəallıq və xoş əhval-ruhiyyə ilə keçən iməcilikdə ərazilər məişət tullantılarından təmizlənib, mövcud yaşıllıqlar sulanıb, Ümumilikdə 400 nəfərin iştirak etdiyi iməcilikdə 1500 ədəddən artıq Eldar şamı, evonumus, leylandi ağacı və xrizantema  güllərinin müxtəlif növləri əkilib. Nobel prospekti boyunca reklam banerləri yenilənmiş, əkilmiş kolların dibləri səki boyunca dekorativ çınqıl daşlarla örtülmüşdür.
Hesabat dövründə xüsusi əhəmiyyətə malik və səhiyyə ocaqları tərəfindən uğurla icra olunan tədbirlərdən biri ölkə Başçısının 2017-ci ilin fevral ayının 1-dən may ayının 1-dək vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığıdır. Tapşırığın icrası ilə bağlı operativ tədbirlər görülmüşdür.
Aparatın İctimai-Siyasi və Hümanitar Məsələlər şöbəsinin təşkilatçlığı ilə nümayəndəliyin ərazisində bir sıra məktəblərdə həftənin 4-cü günləri  Azərbaycan Respublikası Prezidentinin  xarici siyasət kursu: “Balanslı siyasət və cəsarətli qərarların təntənəsi” mövzusunda ictimayətlə görüşlər keçirilmişdir.Ölkə başçısı cənab İlham Əliyevin apardığı balanslaşdırılmış xarici siyasətinin əsasını müstəqilliyimizin möhkəmləndirməyə yönəlmiş lahiyələrin həyata keçirilməsi, dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan və ölkədə stabil ictimai-siyasi vəziyyəti, dinamiq sosial-iqtisadi inkişafı təmin edən , xalqımızın milli mənafeyinə uyğun müstəqil siyasətin təşkil etdiyi qeyd edilmişdir.Qeyd edim ki, 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planın”dan irəli gələn vəzifələrin icrasını ilə əlaqədar inzibati ərazimizdə yerləşən 58 saylı tam orta məktəbdə də “İslam həmrəyliyi: Dini tolerantlığın Azərbaycan nümunəsi" mövzusunda maarifləndirici tədbir keçirilib.
Hesabat ilində rayon İcra Hakimiyəti Başçısının ərazimizdə sakinlərlə 8 səyyar qəbulları olmusdur, bu qəbullarda iştirak edən vətəndaşların qaldırdıqları məsələlər qısa zaman ərzində həll edilməsi istiqamətində yerli struktur bölmələrin rəhbərlərinə göstərişlər verilmiş və öz həllini tapmışdır.

 

Keçidlər