Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin 95 illiyi ilə əlaqədar Xətai rayonunda ağacəkmə aksiyası keçirildi.

04 may 2018 | 11:00

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mədəni-kütləvi tədbirlər Xətai rayonunda davam etməkdədir.

Rayon icra hakimiyyətinin YAP Xətai rayon təşkilatı ilə birgə, hələ bir neçə ay əvvəldən hazırladığı “Heydər Əliyev ongünlüyü” xüsusi proqramına salınmış tədbirlərin, əsasən dahi rəhbərin ideyalarına, istək və arzularına uyğun olaraq keçirilməsi nəzərdə tutulub.

Tədburlər planına uyğun olaraq Ulu Öndərin 95 illiyi ilə əlaqədar Xətai rayonunda ağacəkmə aksiyası keçirildi.

Xətai Rayon İcra Hakimiyyətinin aparatı, YAP rayon təşkilatının əməkdaşları, rayonun idarə və müəssisələrinin, xidmət sahələrinin, "Ölkəmizi tanıyaq" tur-aksiyasının iştirakçısı olan məktəblilər, sahibkarlıq qurumlarının nümayəndələri “Zeytunluq” deyilən əraziyə  toplaşaraq, əsl bayram əhval-ruhiyyəsi ilə ağac əkməyə, ərazidəki yaşıllıqlarda budama işləri aparmağa və buranın suvarılmasına başladılar.

Az bir müddətdə 500-dən artıq həmişəyaşıl şam ağacı əkildi.


 

Keçidlər