Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Başçısı X.Məmmədov küçəsinidə salınan “Bizim həyət”lə tanış olub.

12 may 2018 | 11:00

Rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov, RİH Başçısınını müavinlərinin, şöbə müdirlərinin, rayon MKTB-nin, Xətai Bələdiyəsinin və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə X.Məmmədov küçəsinidə salınan  “Bizim həyət”lə tanış olub.
Məlumat verilib ki, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə bu ərazidə “Bizim  həyət” layihəsi çərçivəsində yenidənqurma işləri aparılır.
Bununla əlaqədar ərazidə müxtəlif vətəndaşlar tərəfindən  qeyri-qanuni zəbt olunmuş sahələr hasarlardan təmizlənib. Əraziyə asfalt örtüyü vurulub. Binaların fasadlarında təmir işlərinə başlanılıb. Giriş qapıları, pilləkən qəfəsləri, blokların pəncərələri yenilənir, rənglənir və digər işlər hayata keçirilir,  sakinlərin  istirahətini və əyləncəsini təmin etmək üçün müxtəlif tədbirlər görülür.
İcra başçısı işlərin vaxtında və yüksək keyfiyətlə başa çatdırılması üçün aidiyyatı şəxslərə zəruri tapşırıqlar verib.

Keçidlər