Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda abadlaşdırma və yaşıllaşdırma tədbirləri davam edir

19 iyul 2018 | 11:00

    Xətai rayonunda rayonun simasının daha da gözəlləşdirilməsi istiqamətində  mütəmadi olaraq aparılan abadlıq-quruculuq işləri çərçivəsində ardıcıl olaraq rayonun müxtəlif yerlərində, park və bağlarda, küçə və prospektlərdə, eləcə də yaşayış binalarının həyətlərində müvafiq tədbirlər davam etdirilir. Yay mövsümü ilə əlaqədar isə bu işlər daha da sürətləndirilmişdir.

   Rayon ərazisində fəaliyyət göstərən təşkilatlar, xidmət sahələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirir. Növbəti belə abadlıq və təmizlik işləri artıq bir neçə gündür ki, rayonun Yusif Səfərov küçəsində həyata keçirilməkdədir. 

     Abadlıq, təmizlik, park və xiyabanlarda yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi və bu kimi digər tədbirlər daim rayon İcra Hakimiyyəti başçısının  nəzarətində saxlanılır.

 

 

 

 

 

Keçidlər