Şriftin ölçüsü :

Saytın rəngi :

FATİMƏ, ZƏHRA VƏ ZEYNƏB MƏKTƏBƏ İLK QƏDƏMLƏRİNİ RAYON İCRA HAKIMIYYƏTİNİN XEYIR-DUASI İLƏ QOYACAQLAR

12 sentyabr 2018 | 11:00

Bir neçə gündən sonra uşaqların həyəcanlı günləri başlayır. Ən çox sevinənlər isə məktəbə ilk qədəm qoyanlardır.
Rayonumuzun sakinləri  üçəm qızlar -Fatimə, Zəhra və Zeynəb də belə körpələrimizdəndirlər. Bu qızcığazların 1-ci sinfə getmələri münasibətilə valideyinləri ilə birgə rayon İcra Hakimiyyətində qəbul edilərək onlara rayon rəhbərliyi tərəfindən məktəbli formaları, çanta və digər ləvazimatlar hədiyyə edilmişdir. Balacalara dərslərini yaxşı oxumaq və vətənimizə layiqli övladlar olmaları arzu edilmişdir.

Keçidlər