Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Dövlət Bayrağı günü”nə həsr olunmuş silsilə tədbirlər davam etdirilir

08 noyabr 2018 | 11:00

Xətai rayonunda “Dövlət Bayrağı günü”nə həsr olunmuş tədbirlər davam etdirilib.  Bu münasibətlə rayonun 147 saylı texniki humanitar liseyində, 17,25,29,48,58,63,64,194,254,263,265 saylı tam orta məktəblərində, Heydər Əliyev adına liseydə və 55,181,207,222,228,288,315 saylı körpələr evi-uşaq bağçalarında  silsilə tədbirlərdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları iştirak etmişlər.
   H.Əliyev adına liseydə kleçirilən tədbirdə iştirak edən rayon İcra hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva  dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın  Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının, milli suverenliyimizin simvolu kimi qəbul olunduğunu  vurğulayıb. Həmçinin, qeyd edib ki, dövlət başçısının sərəncamına uyğun olaraq hər il respublikamızın hər yerində və ölkə hüdudlarından kənarda həmyerlilərimiz tərəfindən “Dövlət Bayrağı günü” qeyd edilir. Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir.
  Tədbirlərdə məktəblilərin ifasında  günün mahiyyətini özündə əks etdirən səhnəciklər, şeirlər, musiqilər səsləndirilib.

Keçidlər